"Bayıl Arena”nın adı dəyişdirilib

"Bayıl Arena”nın adı dəyişdirilib

"Səbail”in ev oyunlarını keçirdiyi "Bayıl Arena”nın adı dəyişdirilib. SİA-nın məlumatına görə, stadion fəaliyyətini bundan sonra "ASCO Arena” adı ilə davam etdirəcək.

Bununla bağlı "Səbail” PFK, AFFA və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə