Azərbaycan millisi Fransa yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Fransa yığması ilə qarşılaşacaq

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq son komanda müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, 2010-cu il sentyabrın 29-da İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində millimizin İspaniya, Qazaxıstan yığmaları və ilkin seçmə mərhələnin D qrupunda birinci yeri tutacaq komanda ilə qarşılaşacağı bəlli olmuşdu. Artıq ilkin seçmə mərhələnin D qrupunun oyunları yekunlaşıb və bütün rəqiblərini məğlub edən Fransa yığması əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Beləliklə, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin fevralın 24-dən 27-dək Bakıda keçiriləcək 1-ci qrupunun oyunlarında Azərbaycan, İspaniya, Qazaxıstan və Fransa milli komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə