Cavid İmamverdiyev: "Bu qələbə bizim üçün əla motivasiya olacaq"

Cavid İmamverdiyev: "Bu qələbə bizim üçün əla motivasiya olacaq"

"Bizim üçün vacib oyun idi. Bu matçadək son 7 qarşlaşmada qalib gələ bilməmişdik". SİA-nın məlumatına görə, bu sözləri "Sabah" futbol klubunun kapitanı Cavid İmamverdiyev deyib. Topaz Premyer Liqanın son turunda evdə "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşən yarımmüdafiəçi bu qələbənin komanda üçün yaxşı motivasiya olacağını bildirib: "Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik. Uşaqlar xarakter nümayiş etdirdilər. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü. Qalibiyyətə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə