Qaret Beylin yayda "Real"dan ayrılacağı deyilir. Hər oyunda azarkeşlərin etirazı ilə üzləşən uelsli futbolçunun hansı kluba keçəcəyi müzakirə mövzusuna çevirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beylin transfer oluna biləcəyi 3 klubun adı açıqlanıb. Paul Poqba "Real"a transfer olunacağı halda, "Mançester Yunayted" uelsli ulduzun keçidi üçün böyük məbləğdə büdcə ayıracaq.
Aryen Robben və Frank Riberi kimi ulduzlarla yollarını ayıracaq "Bavariya" da Beyli heyətinə qatmaqda maraqlıdır.
Onu transfer etmək istəyən digər klub isə sabiq komandası "Tottenhem"dir. Beyl 2013-cü ildə bu komandadan "Real"a 101 milyon avroya transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB