Beşiktaş darmadağınla qalib gəldi

Beşiktaş darmadağınla qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, turun son oyununda “Çaykur Rizəspor” komandası “Beşiktaş”ı qəbul edib. Görüş 7:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bununla da xallarının sayını 50-yə çatdıran “Beşiktaş” 3-cü sıradakı mövqeyini möhkəmləndirib. “Çaykur Rizəspor” isə 34 xalla 11-ci pillədəki mövqeyində qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 61 xalla “İstanbul Başakşəhər” komandası başçılıq edir.

İkinci sıradakı “Qalatasaray” liderdən 6 xal geridədir.

Bütün xəbərlər Facebook səhifəmizdə