"Atletiko" qapıçısı ilə yeni müqavilə imzalayacaq

"Atletiko" qapıçısı ilə yeni müqavilə imzalayacaq

"Atletiko" qapıçısı Yan Oblakla bu həftə yeni müqavilə imzalayacaq. "Marca" nəşrinin yaydığı xəbərə görə, sloveniyalı qolkiperlə 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddəti daha bir il artırılacaq. Yeni müqavilə ilə Madrid təmsilçisi 26 yaşlı futbolçuya 100 milyon avro təzminat qiyməti qoyacaq.

Qeyd edək ki, Oblakla "Mançester Yunayted"in maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə