“Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridir"

“Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridir"

“Barselona” mövsümün sonunda komandadan ayrılacağı deyilən İvan Rakitiçlə bağlı açıqlama yayıb. Kataloniya klubunun prezidenti Xosep Bartomeu İspaniya mətbuatıan açıqlamasında xorvatiyalı yarımmüdafiəçinin gələcəyinin bəlli olmadığını deyib: “Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridir, baş məşqçi Ernesto Valverde də ona güvənir. Amma futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.

Qeyd edək ki, “Barselona” ilə 2021-ci ilədək müqaviləsi olan Rakitiçin “Yuventus”la razılıq əldə etdiyi haqda xəbərlər yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə