Batumidə ağır atletika üzrə 98-ci Avropa çempionatı davam edir. Azərbaycanın ağır atletləri mübarizəyə aprelin 9-da qoşulacaqlar. Bu gün təlim-məşq keçirən idmançılarımız mötəbər turnirə ciddi hazırlaşırlar.
Çempionatda 102 kiloqram çəki dərəcəsində çıxış edəcək Alış Nəzərov qızıl medal qazanmaq niyyətindədir. Ağır atletimiz bunun üçün səylə çalışır. Aprelin 9-da Kənan Xəlilov 73 kiloqram çəki dərəcəsində mübarizəyə başlayacaq.
Ümumiyyətlə, atletlərimizin hamısı çempionatda medal qazanmaq əzmindədirlər. Avropa çempionatında 43 ölkədən 402 atlet (215 kişi, 187 qadın) 20 çəki dərəcəsində mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB