“Milan” yay transferlərinə 300 milyon funt-sterlinq ayıracaq?

“Milan” yay transferlərinə 300 milyon funt-sterlinq ayıracaq?

İtaliyanın “Milan” futbol klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə “Tottenhem”in argentinalı çalışdırıcı Maurisio Poçettinonun gələcəyi halda yay transfer pəncərəsinə 300 milyon funt-sterlinq büdcə ayıracaq. TASS xəbər verir ki, “Milan” rəhbərliyi hazırkı baş məşqçi Cennaro Qattuzonun işindən narazıdır və onu 47 yaşlı M.Poçettino ilə əvəz etmək istəyir. “Milan” cari mövsümdə İtaliya çempionatının turnir cədvəlində 52 xalla dördüncü pillədə qərarlaşıb. Eyni xalı olan “Atalanta” klubu isə beşincidir.

Qeyd edək ki, Poçettino 2014-cü ildən “Tottenhem”ə rəhbərlik edir. Onun rəhbərliyi dövründə “Tottenhem” İngiltərə çempionatının gümüş və bürünc medallarına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə