Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu müqavilə müddətini uzatmaq istəməyən Torqan Hazardla yolları ayırmağa qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Belçika millisinin üzvü karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək. Tərəflər anlaşma əldə etmək üzrədir. Bu keçid üçün Dortmund təmsilçisi 40 milyon avrosundan keçəcək.
Qeyd edək ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsi gələn ilin yayında başa çatacaq. Hazard cari mövsüm 28 oyuna 12 qol vurub, 11 qol ötürməsi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB