İngiltərə kubokunda finalçılar müəyyənləşib

İngiltərə kubokunda finalçılar müəyyənləşib

Futbol üzrə İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Növbəti finalçının adına aydınlıq gəlib. "Uotford" "Uembli"də "Vulverhempton"la qarşılaşıb. Görüşdə qapılara 5 qol vurulub.

"Uotford" - "Vulverhempton" - 3:2

Qollar: Doherti, 36 (0:1), Ximenes, 62 (0:2), Dulofeu, 79 (1:2), Deeni, 90+4-pen.(2:2), Dulofeu, 104 (3:2)

Bununla "Uotford" finalda "Mançester Siti"yə rəqib olub. Həlledici görüş mayın 18-də "Uembli"də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə