"Yuventus" "Milan"ı məğlub edib

"Yuventus" "Milan"ı məğlub edib

Futbol üzrə İtaliya A seriyasında 31-ci turun oyunları davam edir. Bu turda İtaliya derbisi olub. Lider "Yuventus" "Milan"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

"Yuventus" - "Milan" - 2:1
Qollar: Piatek, 39 (0:1), Dibala, 60-pen (1:1), Kin, 84 (2:1)

Bu qələbə ilə xalını 84-ə yüksəldən Turin klubu 1-ci pillədə qərarlaşıb. Əgər 2-ci pillədə olan "Napoli" (63 xal) bu turda xal itirərsə, yarışın bitməsinə 7 tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Qeyd edək ki, "İnter" 56 xalla 3-cü, "Milan" 52 xalla 4-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə