"Xəzər Lənkəran" Ukrayna təmsilçisinə məğlub olub

"Xəzər Lənkəran" Ukrayna təmsilçisinə məğlub olub

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu bu gün növbəti yoxlama matçını keçirib. SİA-nın xəbərinə görə, Lənkəran təmsilçisi bu dəfə Ukraynanın "Zarya" klubu ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə Ukrayna təmsilçinin xeyrinə başa çatıb.

Mirça Rednikin yetirmələri dünən Ukraynanın digər təmsilçisi "Krivbass" klubu ilə qarşılaşmış və minimal hesabla qələbə qazanmışdı. Lakin güclü yağış səbəbindən həmin görüş 75-ci dəqiqədə yarımçıq dayandırılmışdı.

Qeyd edək ki, "Zarya" bir neçə gün öncə paytaxtın AZAL klubu ilə görüşmüş və oyundan 2:0 hesabı ilə qalib ayrılmışdı.

24 yanvar

Yoldaşlıq oyunu

19:00. "Xəzər Lənkəran" (Azərbaycan) – "Zarya" (Ukrayna) - 1:3

Qollar: Sakiç, 23 (0:1), Lipartiya, 55 (0:2), Alim Qurbanov, 67 (1:2), Belıy, 75 (1:3)

Bütün xəbərlər Facebook səhifəmizdə