Şeydayevdən 4 dəqiqəlik oyun

Rusiya Premyer Liqasında 22-ci turun bir neçə oyunu keçirilib.

SİA xəbər verir ki, həmyerlimiz Ramil Şeydayevin şərəfini qoruduğu Samaranın "Krılya Sovetov" komandası Krasnodar şəhərində eyni adlı komandanın qonağı olub. Görüş yerli komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli komandamızın hücumçusu meydana 86-cı dəqiqədə daxil olub. "Krasnodar" komandası yeganə qolu da Şeydayev meydana çıxdıqdan az sonra - matça əlavə olunmuş dəqiqələrdə on bir metrlik cərimə zərbəsindən vurub. Meydan sahiblərindən legioner Viktor Klaesson fərqlənib.

Bu qələbədən sonra meydan sahibləri 41 xalla ikinci sıradakı mövqeyini möhkəmləndirib. "Krılya Sovetov" isə 24 xalla 11-ci sırada mövqe tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə