"ShamkirChess 2019"da yeni şərhçilər​ - FOTOLAR

"ShamkirChess 2019"da yeni şərhçilər​ - FOTOLAR

Vüqar Həşimov Memorialında "ShamkirChess 2019" turnirinin partiyaları rəsmi saytla canlı təqdim olunur. SİA-nın məlumatına görə, VI turun oyunlarını ingilis dilində Vüqar Həşimovun qardaşı, "Microsoft" Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov, sabiq dünya çempionu Veselin Topalovun meneceri Silvio Danailov və Veyk-An-Zee superturnirinin direktoru Yerun van den Berq şərh edir.

Qeyd edək ki, cari ildə V tur ingilis dilində şərhləri millimizin şahmatçısı Arkadiy Naydiç təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə