FIDE rəhbəri Şəmkirdə ulduz şahmatçılarla futbol oynadı​ - FOTOLAR

FIDE rəhbəri Şəmkirdə ulduz şahmatçılarla futbol oynadı​ - FOTOLAR

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib. SİA-nın məlumatına görə, bu dəfə turnirdə 4 komanda mübarizə aparıb. Qalib adı uğrunda Arkadiy Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.

Reqlamentə uyğun olaraq komandalar dairəvi sistemlə bir-biri ilə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar"​ futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutub.

Qeyd edək ki, hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə