Turun açılış oyununda "Sumqayıt" sevindi

Turun açılış oyununda "Sumqayıt" sevindi

Bu gün Topaz Premyer Liqasında 23-cü tura start verilib. SİA-ın məlumatına görə, turun ilk matçında "Sumqayıt" “Kapital Bank Arena”da "Keşlə"ni qəbul edib. Hesabı erkən qolla meydan sahiblərinin iranlı legioneri Peyman Babayi açıb. İlk hissənin başa çatmasına beş dəqiqə qalmış Samir Məsimov hesabı bərabərləşdirib. İkinci hissədə isə Cavid Tağıyevin vurduğu qol “Sumqayıt”a qələbə qazandırıb.

Günün digər görüşündə lider "Neftçi" "Zirə"ni qəbul edəcək. 48 xala sahib meydan sahibləri qələbə qazanacağı halda liderliyini qorumağı bacaracaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

6 aprel (şənbə)

Topaz Premyer Liqası, 23-cü tur

16:00 . “Sumqayıt” – “Keşlə” - 2:1
Qollar: P.Babayi, 4 (1:0), S.Məsimov, 40 (1:1), C.Tağıyev,85
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”

7 aprel (bazar)

14:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu

16:30. “Sabah” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Əlincə Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

22

14

6

2

37-15

48

2

Qarabağ

22

14

6

2

47-18

48

3

Səbail

22

10

4

8

26-22

34

4

Qəbələ

22

7

9

6

24-23

30

5

Sabah

22

6

5

11

16-30

23

6

Zirə

22

5

7

10

19-30

22

7

Sumqayıt

22

4

5

13

18-36

20

8

Keşlə

22

5

4

13

22-35

19

Bombardirlər

Baqali Dabo ("Neftçi") - 9 qol
Mahir Mədətov ("Qarabağ") - 9 qol
Marko Deviç ("Sabah") -7 qol
Emin Mahmudov ("Neftçi") - 7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol

Qeyd: İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə