"Real Madrid"in qapıçısı Keylor Navas bu mövsümdən sonra Madrid klubunu tərk edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ispan jurnalist Jozep Pedrerol "Jugones" proqramında deyib: "Navas növbəti mövsüm "Real" üçün oynamayacaq. Kurtua komandanın əsas qapıçısı olacaq.
Qeyd edək ki, J.Pedrerol ötən il ilk olaraq Zinəddin Zidan və Kriştiano Ronaldonun Madrid təmsilçisindən ayrılacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB