Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə 2 matç keçiriləcək. "Sumqayıt" evdə "Keşlə" ilə qarşılaşacaq. Bu qarşılaşma hər iki komanda üçün elitada mövqeyini qorumaq baxımından çox əhəmiyyətlidir.
Günün digər görüşündə lider "Neftçi" "Zirə"ni qəbul edəcək. Turnir cədvəlinə başçılıq rəhbərlik edən "ağ-qaralar" qələbə qazanaraq liderliyi qorumağa çalışacaq.
"Sumqayıt" - "Keşlə"
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu, 16:00
"Neftçi" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvion Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
8-ci km stadionu, 18:00
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB