"ShamkirChess 2019"un VI turunun görüşləri keçiriləcək

"ShamkirChess 2019"un VI turunun görüşləri keçiriləcək

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün VI turun görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparacaqlar. Məmmədyarov bolqarıstanlı Veselin Topolovla, Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.

"ShamkirChess 2019"

VI tur

Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç)

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)

Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya)

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlinə 3,5 xalla Maqnus Karlsen başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand və Sergey Karyakin 2-3-cü, hərəyə 2,5 xala malik David Navara, Aleksandr Qrişuk, Dinq Liren və Teymur Rəcəbov 4 - 7-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Veselin Topalov 8-9-cu yerləri bölüşür. Sonuncu pillədəki Aniş Girinin isə 1,5 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə