Sadio Mane “Liverpul”da ayın ən yaxşı futbolçusu seçilib

Sadio Mane “Liverpul”da ayın ən yaxşı futbolçusu seçilib

İngiltərənin “Liverpul” futbol klubunun mart ayında ən yaxşı futbolçusu Sadio Mane olub. Kubun saytında yer alan məlumatda deyilir ki, 26 yaşlı seneqallı hücumçu mart ayında iştirak etdiyi beş oyunda beş dəfə fərqlənib. Sadio Mane UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Liverpul”un heyətində Almaniyanın “Bavariya” (3:1) klubu ilə oyunda iki qol vurub. İngiltərə Premyer Liqasında isə seneqallı hücumçu “Börnli” ilə iki, “Fulhem”lə oyunda isə bir dəfə fərqlənib.

Qeyd edək ki, Sadio Mane cari mövsümdə “Liverpul”un heyətində keçirdiyi 38 oyunda 20 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə