"Barselona" Messi ilə yeni müqavilə imzalayacaq!

"Barselona" Messi ilə yeni müqavilə imzalayacaq!

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır. İspaniya mətbuatının yazdığına görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib. O, argentinalı hücumçu ilə yeni müqavilə imzalamaq istədiklərini deyib: "Messi hələ gəncdir, bunu onun oyunundan görürük. Messi ilə yeni müqavilə imzalamaq istəyirik. Qarşıdakı aylarda onun müqavilənin müddətini uzatmaq barədə danışıqlar aparacağıq". Qeyd edək ki, Messinin "Barsa" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə