Zinəddin Zidan Eden Hazardı təriflədi

Zinəddin Zidan Eden Hazardı təriflədi

"Real"ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun "Çelsi"nin futbolçusu Eden Hazardı transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Fransalı mütəxəssis "Marca"ya açıqlamasında belçikalı yarımüdafiəçi haqda müsbət fikirlər səsləndirsə də, transfer məsələsi haqda danışmayıb: "Mən bu barədə şəxsi fikrimi deyə bilmərəm. Çünki hələ mövsümün sonu deyil. Həmişə Hazardı qiymətləndirmişəm. Hələ Fransada oynayarkən onu çox izləmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə