İngiltərənin "Nyukasl" klubundan ayrılacağı gözlənilən ispaniyalı baş məşqçi Rafael Benites gələn mövsüm Fransada çalışa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Lion" klubunun rəsmiləri Mançesterdə Beniteslə görüş keçiriblər. "Aslanlar" 58 yaşlı mütəxəssisə 2 illik müqavilə təklif edib. Lakin Benitesin bu təklifi qəbul edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, "Lion"un prezidenti baş məşçi Bruno Genesio ilə yolları ayıracaqlarını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB