Neymar: "O vaxtlar üçün darıxıram"

Neymar: "O vaxtlar üçün darıxıram"

PSJ-nin futbolçusu Neymar "Barselona" üçün darıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, braziliyalı ulduz bunu özü etiraf edib: "Biz 2015-ci ildə əla mövsüm keçirdik. Həm ölkə daxilində, həm də ölkə xaricində yaxşı oynadıq. Bizim aramızda xüsusi münasibət var. Mən o vaxtlar üçün darıxıram".

Qeyd edək ki, Neymar 2013-cü ildə "Barselona"ya transfer olunub. Braziliyalı futbolçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında PSJ-yə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə