Azad Rəhimov: “Daşkəsəndə olimpiya kompleksinin yerində Gənclər Mərkəzi tikilir”
"Daşkəsən rayonunda olimpiya kompleksinin yerində Gənclər Mərkəzinin tikintisi aparılır". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Göygöldə səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı ölkə başçısından icazə də alınıb: "Dövlət başçısına məruzə etdikdə bildirib ki, Xoşbulaq kimi gözəl istirahət guşəsində yaxşı olardı ki, gənclər evi tikilsin"
"Bildiyiniz kimi Xoşbulaq rayon mərkəzindən uzaqda yerləşir. Təkcə avtomobillə Daşkəsənin özündən Xoşbulağa 30-40 dəqiqəyə getmək mümkündür. Dağ yerində gənclər düşərgəsinin tikilməsi olduqca maraqlı bir ideyadır. İşlər dayanmayıb. Tikintidə fasilə yaranmasının səbəbi layihədəki dəyişiklikdir", nazir deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB