"Vulverhempton" Ximenes üçün 38 milyon avro ödəyib

"Vulverhempton" Ximenes üçün 38 milyon avro ödəyib

"Benfika" futbolçusu Raul Ximenesin "Vulverhempton"a birdəfəlik keçidinə razılıq verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa klubu meksikalı hücumçu üçün 38 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ximenes bu mövsüm 37 matçda 15 qol vurub, 7 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə