Meksika Futbol Federasiyası I Divizionda çıxış edən “Dorados”un baş məşqçisi Dieqo Maradonaya qarşı intizam işi açıb. Sportinfo.az xəbər verir ki, səbəb 59 yaşlı mütəxəssisin Venesuela Prezidenti Nikolas Maduro və ABŞ rəhbərliyi barədə səsləndirdiyi fikirlərdi. Argentinalı canlı əfsanə XII turda “Tampiko Madero” ilə görüşdə qazandıqları 3:2 hesablı qələbəni N.Maduro və Venesuelada əziyyət çəkən insanlara həsr etdiyini söyləyib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın davranışlarından narazı olduğunu ifadə edərək, müxalifət lideri, bəzi ölkələrin Venesuelanın dövlət başçısı kimi tanıdığı Xuan Quaydonu “kukla” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB