Çempionluq uğrunda mübarizə aparan “Neftçi” indidən avrokuboklara hazırlıq görür. Paytaxt təmsilçisi artıq yeni transfer siyasətinə start verib. Belə ki, "Ağ-qaralar"ın idman direktoru Ceyhun Sultanov sırf bu işlə məşğuldur. Artıq onun növbəti səfəri Yunanıstanadır. Planda dəyişiklik olmasa, o, aprelin 7-də Ellada torpağına ayaq basacaq. Sultanov Super Liqanın 27-ci turu çərçivəsində keçiriləcək “Panetolikos” – “Olimpiakos” matçını izləyəcək. (Sportinfo.az)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB