“Yuventus” Mario Mandzukiç ilə müqaviləni yeniləyib

“Yuventus” Mario Mandzukiç ilə müqaviləni yeniləyib

İtaliyanın “Yuventus” futbol klubu xorvatiyalı hücumçusu Mario Mandzukiç ilə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, yeni müqaviləyə əsasən, 32 yaşlı hücumçu 2021-ci ilin yayınadək “Yuventus”un formasını geyinəcək.

2015-ci ildə “Atletiko Madrid” komandasından transfer olunan futbolçu cari mövsümdə 29 oyunda 9 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə