FİDE prezidenti Şəmkirdə - FOTOLAR

FİDE prezidenti Şəmkirdə - FOTOLAR

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib. SİA-nın məlumatına görə, ali şahmat qurumunun rəhbərinin səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirini izləməkdir. A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşündə ilk gedişi edib.

Ardınca FİDE prezidenti Şəmkirdəki Heydər Əliyev Mərkəzi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Arkadiy Dvorkoviç mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə