Ronaldo zədəsini sağaldıb

Kriştiano Ronaldo zədəsini sağaldıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Yuventus"un portuqaliyalı ulduzu oynamağa hazırdır. Ronaldo Çempionlar Liqasının 1/4 finalının "Ayaks"la ilk oyununda meydana çıxa biləcək. Onun bərpa müddəti gözləniləndən də tez bitib.

Futbolçu A Seriyasının XXXI turunda "Milan"la baş tutacaq görüşdə də oynamağa hazırdır. Amma məşqçilər korpusu risk etmək niyyətinə deyil.

Qeyd edək ki, Ronaldo "AVRO-2020"nin seçmə mərhələsində Serbiya ilə matçda zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə