"Real"ın baş məşqçisi Zinəddin Zidan "Valensiya" ilə oyundakı məğlubiyyəti (1:2) şərh edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransız mütəxəssis oyunçularını günahlandırmadığını bildirib: “İlk hissədə yaxşı oynadıq. Hava mübarizələrində isə uğurlu olduğumuzu deyə bilmərəm. Bizdə əminlik çatmadı. Futbolçularımı günahlandıra bilmərəm, onlar çalışdılar. Hücumların sonunu gətirmək alınmadı. Yaxşı komandaya qarşı oynadıq. Uduzmaq isə, istənilən halda xoşagəlməzdir. Ağır vəziyyət olsa da, qarşıdakı oyunlarımızı düşünməliyik. Vəziyyət ona görə ağırdır ki, bu mövsüm çətin keçib. Oyunçularımı dəstəkləyirəm. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB