Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Dünya futbolunun canlı əfsanəsi Pele xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, Parisdə sponsorluqla bağlı tədbirdə iştirak etdikdən və PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşdükdən sonra qızdırması yüksəldiyi üçün xəstəxanaya aparılıb. 78 yaşlı sabiq braziliyalı futbolçunun sağlamlığı ilə bağlı təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, Pele son illərdə bir neçə dəfə müxtəlif problemlərdən xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə