A Seriyasında gözlənilməz nəticələr qeydə alınıb

A Seriyasında gözlənilməz nəticələr qeydə alınıb

Futbol üzrə İtaliya A Seriyasının XXX turunun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, turun gözlənilməz hesabı "Karlo Kastelani" stadionunda qeydə alınıb. Çempionatın iddialı klublarından sayılan "Napoli" səfərdə autsayder "Empoli"yə məğlub olub - 1:2. "Empoli"nin heyətində Dieqo Farias və Di Lorenzo fərqləniblər. Neapolluların yeganə qoluna isə Zielinski imza atıb.

Bu qələbə sayəsində "Empoli" xallarının sayını 28-ə çatdıraraq 17-ci pilləyə yüksəlib. "Napoli" isə 63 xalla ikinci yerdə qərarlaşıb.

Turnir cədvəlinin üçüncü pilləsindəki "İnter" səfərdə "Cenoa"nı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Roma" - "Fiorentina" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"Frosinone" - "Parma" - 2:2

SPAL - "Latsio" - 1:0

"Torino" - "Sampdoriya" - 2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə