Teymur Rəcəbov: "Heç-heçə qaçılmaz oldu"

Teymur Rəcəbov: "Heç-heçə qaçılmaz oldu"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" ​superturnirində IV turun oyunları keçirilir. SİA-nın məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə ​ oynayıb.​

Teymur Rəcəbov mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".

Hollandiya təmsilçisi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə, ağlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkib: "Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə