Neymar bu gün məşqlərə başlayacaq

Neymar bu gün məşqlərə başlayacaq

PSJ-nin zədəli futbolçusu Neymarın son durumu məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu bu gün komanda ilə məşqlərə başlayacaq. Neymarın iki həftəlik məşqdən sonra yenidən tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, Neymar yanvarın 23-də Fransa Kubokunda "Strasburq"la oyunda zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə