Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 15 ilin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Siasport.az saytı xəbər veir ki, siyahıya Azərbaycanla bağlılığı olan üç məşqçi düşüb. Belə ki, milli komandamızın baş məşqçisi Berti Foqts 43 xalla 36-cı pillədə qərarlaşıb. Onun həmyerlisi, "Bakı"nın sabiq baş məşqçisi Vinfred Şafer 83-cü olub - 22 xal. "Bakı"nın hazırkı baş məşqçisi, latviyalı Aleksandr Starkov isə 19 xalla 91-ci yeri tutub.
Qeyd edək ki, siyahıya "Mançester Yunayted"in şotland baş məşqçisi Aleks Ferqyuson başçılıq edir - 222 xal. Onu "Arsenal"ın fransız çalışdırıcısı Arsen Venger (186 xal) və italiyalı Marçello Lippi (146 xal) izdəyir. Siyahıda ümumilikdə 225 mütəxəssis yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB