“Mundo Deportivo”: "Mbappe “Real”a keçəcək"

“Mundo Deportivo”: "Mbappe “Real”a keçəcək"

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe İspaniya təmsilçisi “Real”a keçəcək. “Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, belə bir iddia ilə madridlilərin prezidenti Florentino Peres çıxış edib.

Onun sözlərinə görə, Fransa yığmasının 21 yaşlı hücumçusu bu il də olmasa, gələn il “Kral klubu”na gələcək: “Mbappenin “Real”a gələ biləcəyini düşünürəm. O, bunun üçün yetərincə yetkin biridir. Kilian daha böyüyə biləcək yaxşı oyunçudur. “Real"a bu il gələ bilməsə, növbəti il bunu mütləq edəcək”.

Qeyd edək ki, Mbappenin PSJ ilə 2022-ci ilin iyuluna qədər müqaviləsi var. “Real”ın onun üçün 280 milyon avro ödəməyə hazır olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə