Zidan: "Varan dünyanın ən yaxşı klubunda oynayır"

Zidan: "Varan dünyanın ən yaxşı klubunda oynayır"

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Rafael Varanın Madrid klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. İspaniya mətbuatının yazdığına görə, Z.Zidan bildirib ki, komandada bəzi dəyişikliklər etməyə hazırlaşır:

"Ancaq bu haqda danışmaq hazırda düzgün deyil. "Real"ı Varansız görmək istəmirəm. O, gənc oyunçudur və artıq səkkiz ildir buradadır. Mətbuatda Varan haqda çox yazılır. Ancaq o, özü mənə heç nə deməyib. Varan dünyanın ən yaxşı klubunda oynayır və burada çox uğur qazanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə