Aerobika gimnastikası üzrə milli komandamızın üzvləri Kantanhede (Portuqaliya) şəhərində dünya kuboku yarışlarında iştirak ediblər. SİA-nın məlumatına görə, ölkəmizi qrup proqramında İmran İmranov, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Balaxanım Əhmədova və Nərminə Hüseynova təmsil ediblər. Gimnastlarımızın çıxışı hakimlər tərəfindən 18.161 xalla dəyərləndirilib və onlar kuboku altıncı pillədə başa vurublar.
Fərdi çıxışlarda isə ən yaxşı nəticə V.Dolmatova aid olub. İdmançımız 20.300 xalla 9-cu yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB