Boksçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar

Boksçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar

Xarkovda Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan Boks Federasiyasından SİA-ya bildiriblər ki, 7 ölkənin təmsil olunduğu yarışı komandamız 6 medalla başa vurub.

Turnirdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 hesabı ilə qalib gəlib. Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışda üçüncü pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə