"Tottenhem" Eriksenin transfer qiymətini açıqlayıb

"Tottenhem" Eriksenin transfer qiymətini açıqlayıb

İngiltərənin "Tottenhem" klubu İspaniyanın "Real" klubunun hədəfində olan Kristian Eriksenlə bağlı yeni qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London klubu danimarkalı yarımmüdafiəçini transfer etmək istəyən klublardan 150 milyon avro tələb edir.

Qeyd edək ki, 2013-cü ildə "Ayaks"dan transfer edilən 27 yaşlı futbolçu bu mövsüm 38 oyuna 7 qol vurub, 12 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə