Avropa Gənclər Olimpiya Festivalına jurnalistlərin akkreditasiyası başladı

Avropa Gənclər Olimpiya Festivalına jurnalistlərin akkreditasiyası başladı

"Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalı Təşkilat Komitəsi iyul ayının 21-dən 27-dək Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Olimpiya Festivalını işıqlandıracaq media nümayəndələrinin akkreditasiyası prosesini açıq elan edib. "Bakı-2019"un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festivalda iştirak etmək istəyən media nümayəndələri eyofbaku2019.com saytının Media bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat əldə edib, akkreditasiyaya üçün müraciət edə bilərlər. (https://eyofbaku2019.com/az/page/media-accreditation)

Burada media nümayəndələri üçün akkreditasiyadan keçməklə bağlı qoyulan tələblər, eləcə də, oyunlar müddətində onlar üçün yaradılan şərait və təklif olunan xidmətlər barədə ətraflı məlumat öz əksini tapıb.

Onu da qeyd edək ki, media nümayəndələri dedikdə yazılı mətbuat, fotoqraflar və rəsmi (yayım hüququ olmayan) televiziya və radio şirkətləri nəzərdə tutulur. Media xidmətləri barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. (https://eyofbaku2019.com/az/page/press-operations)

Müraciət üçün son tarix 15 may 2019-cu ildir və həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq. Daha ətraflı məlumat üçün [email protected]elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə