Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün III turun görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayacaq. Rəcəbov liderlər qrupunda yer alan çinli Dinq Lirenlə üz-üzə gələcək. Məmmədyarov isə son pillələrdə olan hindistanlı eks-dünya çempionu Vişvanatan Anandla gücünü sınayacaq.
"ShamkirChess 2019"
III tur
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan)
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç)
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya)
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Qeyd edək ki, ilk 2 turdan sonra Karlsen, Karyakin və Liren hərəyə 1,5 xalla ilk 3 pillədə yer alıblar. Topalov, Navara, Məmmədyarov və Rəcəbov hərəyə 1 xalla 4 - 7-ci yerləri bölüşür. Hərəyə 0,5 xalı olan Qrişuk, Anand və Giri 8 - 10-cu yerlərdə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB