"Atletiko" heyətini yeni futbolçularla gücləndirir. "A-Bola" nəşrinin yazdığına görə, Madrid təmsilçisi "Portu"dan 2 oyunçunun keçidini həll edib. Paytaxt klubu müdafiəçi Aleks Telleslə yarımmüdafiəçi Ektor Erreranın transferi üçün lissabonlularla razılıq əldə edib. Anlaşmaya əsasən, ispanlar braziliyalı Telles üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək. Meksikalı Erreranın təzminat məbləği haqda isə hələlik məlumat verilmir.
Qeyd edək ki, hər iki futbolçu yayda "Atletiko"ya qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB