"Real"ın müdafiəçisi Rafael Varanın mövsümün sonunda komandadan ayrılacaq. İspaniya mətbuatının yazdığına görə, fransalı futbolçu artıq məsələ ilə bağlı klub rəhbərliyini məlumatlandırıb. 25 yaşlı oyunçu yayda Madrid təmsilçisindən gedəcəyini bildirib.
Qeyd edək ki, Varanın xidmətində "Mançester Yunayted", "Yuventus", "Bavariya" və PSJ maraqlıdır. Fransa millisinin üzvünün bu dörd klubdan birinə keçəcəyi istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB