"İnter" "Barselona"nın iki futbolçusu ilə danışıqlara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Milan klubu İvan Rakitiç və Arturo Vidalı heyətinə qatmaq istəyir. "İnter"in idman direktoru Pyero Ausilio "Barselona"nın direktoru Erik Abidalla Fransada görüşərək transfer danışıqları aparıb.
"Barselona"nın İvan Rakitiç üçün 60 milyon avro tələb etdiyi bildirilir. "İnter"in xorvat futbolçu üçün etdiyi təklif açıqlanmasa da, Çili millisinin üzvü Arturo Vidal üçün 25 milyon avro təklif etdiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB