Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşacaq. Hazırkı dünya çempionu Maqnus Karlsen isə məhz bu tituldan məhrum etdiyi Vişvanatan Anandla üz-üzə gələcək.
"ShamkirChess 2019"
II tur
Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya)
Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)
Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan)
Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)
Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. Doqquz turdan ibarət "ShamkirChess 2019"a aprelin 9-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB