Barselona” 30 yaşlı futbolçu ilə danışıqlara başladı

Barselona” 30 yaşlı futbolçu ilə danışıqlara başladı

“Mançester Yunayted”in futbolçusu Xuan Mata karyerasını İspaniyada davam etdirə bilər. “The Sun” nəşrinin yazdığına görə, 30 yaşlı yarımmüdafiəçinin xidmətində “Barselona” maraqlıdır. Kataloniya klubunun ispaniyalı futbolçunun agenti olan atası ilə danışıq apardığı bildirilir. “Barselona” Matanı yayda heyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, bu mövsüm 29 oyuna 5 qol vuran Mata “Mançester Yunayted”in yeni müqavilə təklifini rədd edib. Onun “mankunyanlar”la sözləşməsi gələn ilin yayında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə